Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Azərbaycanda qaraçılar hərbi xidmətdən yayınırlar” – RƏSMİ

“Azərbaycanda qaraçılar hərbi xidmətdən yayınırlar” – RƏSMİ

Bakının hansı küçəsinə, hansı metro stansiyasının çıxışına nəzər salsanız, oranın daimi sakinlərinə çevrilən qaraçıları görə bilərsiniz. Metronun “Neftçilər” stansiyasının çıxışında “körpünün altı” deyilən ərazidə qaraçıların toplu şəkildə insanların, avtomobillərin arxasınca qaçıb pul dilənməsinin yəqin ki, hamınız şahid olmusunuz.

Maraqlıdır, az qala Azərbaycanın bütün nöqtələrinə səpələnən qaraçıların qeydiyyatı varmı?

Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Qalib RəhimovModern.az saytına deyib ki, qaraçılarla bağlı bəzi məsələlər qeyri-müəyyəndir:

“Məsələ burasındadır ki, qaraçılar hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqları zaman cəzadan yaxa qurtarmaq üçün sənədlərini təqdim etmir.

Hazırda Daxili İşlər Nazirliyi onlara qarşı mübarizəni davam etdirir. Onlar müəyyən edildikləri ərazilərdə saxlanaraq yaşayış yerləri olan Yevlax rayonuna göndərilirlər. Qaraçılar respublikanın müxtəlif ərazilərində məskunlaşıblar, amma Yevlaxda onlar özlərinin formalaşdığı ərazidə (Qaraçı məhəlləsi) kompakt şəklində yaşayırlar”.

Qalib Rəhimov onu da bildirib ki, qaraçılar yaşadıqları yerlərdə qeydiyyatda olsalar da, sənədlərini gizlədərək hərbi xidmətdən də yayınırlar.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın