Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycanda polisin maaşı artırılır? – Açıqlama

Azərbaycanda polisin maaşı artırılır? – Açıqlama

Azərbaycanda polislərin və hakimlərin maaşlarınn artırılması məsələsi gündəmə gəlib.

Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkilləri təkliflərini Milli Məclisdə dilə gətiriblər. Əsaslandırma isə ondan ibarətdir ki, polisin və hakimin maaşının artırılması bu təbəqədən olan insanların ləyaqətli həyat səviyyəsini təmin etməyə xidmət edəcək.

Maraqlıdır ki, indiki halda polis və hakimlərin maaşının artırılması mümkün ola bilərmi?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycanda idarəetmənin mahiyyəti ondan ibarətdir ki, hakimiyyət vətəndaşların yox, ona bu və ya başqa şəkildə dəstək verən qrupların əməkhaqqlarının artırılması, onların sosial təminatı ilə bağlı proqramlar həyata keçirir: “Ölkədə iki dəfə devalvasiya baş verib. Faktiki olaraq insanların həyat şəraiti 3-4 dəfə pisləşib. Artıq iqtisadi böhran istehlak böhranına gətirib çıxarıb. Bundan əvvəl manat ekvivalentində 200 dollar maaş alan adam bu gün 100 dollar maaş alır. İstehlak bazarında qiymətlər qeyri-rəsmi olaraq qalxıb. Bu vəziyyətdə hökumət mütləq indeksasiya siyasəti həyata keçirməlidir. Minimum əməkhaqqının miqdarını artırmalıdır. Bu da ölkədə bütün vətəndaşların həkimlərin, müəllimlərin, polislərin, hakimlərin millət vəkillərinin hamının əməkhaqqısının artırılmasına gətirib çıxaracaq. Yoxsa durub təkcə polisin, hakimin maaşı artırılsa, bəs əlil, pensioner, müəllim necə olacaq? Hakimiyyətə dayaq olan qüvvələrin əməkhaqqısının artırılması sosial bir proqram deyil”.

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib ki rəsmi inflyasiyaya qədər maaşların indeksasiya edilməsi gözlənilir: “Büdcədən maliyyələşən qurumların işçilərinin maaşlarının baza hissəsində 11-12 faiz civarında artım olacaq. Ancaq maaşlarda kəskin artım olacağını gözləmirəm. 2017- ci il üçün açıqlanan büdcə parametrlərində bunu görmək mümkündür. Yaxın gələcəkdə bununla bağlı addım atılması üçün büdcədə vəsait nəzərdə tutulmayıb. Artırmaq üçü əlavə xərc maddələri nəzərdə tutulmalıdır. Büdcə ilə bağlı problemlərin olduğu, gəlirlərin azaldığı bir şəraitdə maaşların kəskin artırılması ehtimalı çox aşağıdır. Düşünmürəm ki, bununla bağlı hər hansı ciddi qərar verilsin”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın