Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Azərbaycanda özəlləşdirmə: dövlətə hərəyə cəmi 5 manat 70 qəpik?

Azərbaycanda özəlləşdirmə: dövlətə hərəyə cəmi 5 manat 70 qəpik?

Azərbaycanda özəlləşdirmə prosesində yaradılan və səhmləri bütövlükdə, yaxud qismən dövlətə məxsus səhmdar cəmiyyətləri bu ilin 6 ayı ərzində dövlərə hərəyə 5 manat 7 qəpik (cəmi 900 manat) dividend ödəyib. Bu barədə Hesablama Palatasının 2016-cı il dövlət büdcəsinin icrasına dair hesabatında göstərilir.

Həmin məbləğ 2016-cı ilin nəticələrinə görə səhmdar cəmiyyətlərinin əldə etikləri mənfəətdən ödənilib. Əmlak Məsələləri Dövlət Komitəsi bir qayda olaraq sərəncamında olan dövlət müəssisələrinin göstəriciləri barədə məlumatları ictimaiyyətə təqdim etmir, lakin bu məlumatlar Hesablama Palatasının illik hesabatlarında yer alır.

Palatanın hesabatında deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamında özəlləşdirilməsinə məhdudiyyət olmayan və tam özəlləşdirilməmiş 157 səhmdar cəmiyyətinin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin ümumi dəyəri 131,6 milyon manatdır.

Səhmlərinin nəzarət zərfinin, yaxud məhdudlaşdırıcı hissəsinin dövlətdə saxlanılması barədə qərar qəbul olunmuş bir səhmdar cəmiyyətinin nizamnamə kapitalında dövlətin 4 milyon 428,6 min manat payı var. Əvvəlki ildə komitənin sərəncamında 196 səhmdar cəmiyyət olub. Müşahidələrə əsasən, əksəriyyəti bölgələrdə yerləşən bu müəssisələrin bir çoxu fəaliyyətsizdir və müflis vəziyyətdədir.

Hesablama Palatasının məlumatına görə, 2016-cı ildə bu müəssisələr dövlət büdcəsinə 41,7 min manat, 2015-ci ildə – 40 min manat, 2014-cü ildə isə 50,3 min manat dividend ödəyiblər.

Palatanın hesabatına əsasən bu il ərzində Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmədən dövlət büdcəsinə köçürmələr üzrə hökumətin qoyduğu planı yerinə yetirməyə bilər.

Hərçənd Komitə bu ilin altı ayında özəlləşdirmədən 2016-cı ildəkindən 21 milyon manat daha artıq vəsait əldə edə bilib. Bu il komitənin qarşısında özəlləşdirmədən 200 milyon manat, əvvəlki ildə nəzərdə tutulandan iki dəfə çox vəsait etmək vəzifəsi qoyulub. Bu vəsait dövlət büdcəsinin kəsirinin bir hissəsini ödəmək üçün nəzərdə tutulur.

Palatanın hesabatına görə, hələlik, özəlləşdirmədən 52 milyon 324,4 min manat əldə olunub. Bunun 17,7 milyon manatı «kiçik özəlləşdirmədən» (dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin, yarımçıq tikililərin və daşınar dövlət əmlakının hərracda və əmək kollektivinə birbaşa satışı) daxil olub. Bundan iki dəfə artıq vəsait, yəni 34,2 milyon manat isə özəlləşdirilmiş müəssisələrin yerləşdiyi torpaq sahələrinin satışından götürülüb.

ƏMDK-nın Hesablama Palatasına təqdim etdiyi başqa bir məlumatda isə deyilir ki, dövlət əmlakını almış şəxslərin müqavilə üzrə vaxtı keçmiş 8 milyon 387,1 min manat borcu yığılıb qalıb. Qanunvericiliyə əsasən, kiçik müəssisələrin, torpaq sahələrinin və pul hərraclarında səhmlərin satışı üzrə müqavilənin bağlanmasından keçən 10 gün ərzində beh çıxılmaqla yerdə qalan məbləğ tam ödənilməlidir. İnvestisiya müsabiqələrinin qaliblərinə isə daha çox vaxt verilir.

Əmək kollektivi üzvlərinə güzəştli ödəmə müddəti 2 ilədək çəkə bilər. Bu müddətdə ödəniş aparılmazsa, müqavilə ləğv edilir, beh geri qaytarılmadan əmlak yenidən hərraca çıxarılır. Bəzi hallarda Əmlak Məsələləri Dövlət Komitəsi bu vasitəyə əl atır. (Virtualaz.org)

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın