Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Siyasət / Azərbaycanda nazir vəzifələrinin yazılış qaydası dəyişdi

Azərbaycanda nazir vəzifələrinin yazılış qaydası dəyişdi

Azərbaycan dilində nazir vəzifələrinin yazılış qaydası müəyyənləşib. 

Bu barədə Nazirlər Kabinetinin Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.

Qərara əsasən, nazir vəzifələri bundan sonra aşağıdakı kimi yazılacaq:

Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə (səhiyyə) və vəzifə (nazir) bildirən sözlər kiçik hərflə yazılacaq. Bundan əvvəl Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılırdı.Açar sözlər

Həmçinin oxuyun

İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar – TƏHLİL

Mayın 10-da Prezident İlham Əliyevin iş qrafiki kifayət qədər gərgin idi, ölkə başçısının həm Naxçıvan …