Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycanda nadir əməliyyat həyata keçirildi

Azərbaycanda nadir əməliyyat həyata keçirildi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ölkədə ilk dəfə koronar arteriya anomaliyası üzrə (ALCAPA) nadir ürək əməliyyatı keçirilib.

ATU-dan “Qafqazinfo”ya verilən xəbərə görə, bu xəstəliyə yüz minlərlə doğuşdan birində rast gəlinir. Önəmli məqamlardan biri odur ki, belə xəstələrin əksəriyyəti erkən yaşlarda həyatını itirirlər, çox az qismi təxminən 2-3 faizi 30 yaşına kimi yaşayır. ATU-nun Tədris Cərrahiyyə Klinikasinin kardiocərrahı, tibb üzrə fəlsəfə doktoru Seymur Musayev deyir ki, Azərbaycanda çox az sayda belə xəstəyə rast gəlinə bilər.

S.Musayevin sözlərinə görə, xəstə Gəncə şəhərinin 36 yaşlı sakinidir. Onun əməliyyatı zamanı həm ürək qapağının işini təmin edildi, həm də anomaliya olan hissə rekonstruksiya olundu. Əməliyyat 3 saat davam edib.

S.Musayev bildirir ki, əməliyyatdan sonra xəstənin həyatına heç bir risk yoxdur. Bir necə gün xəstəxanada yatdıqdan sonra xanım evə yazılacaq və həyatını əvvəlki qaydada davam etdirə biləcək.

 

Azərbaycanda nadir əməliyyat həyata keçirildi

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın