Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Azərbaycanda müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqə başlayıb

Azərbaycanda müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqə başlayıb

Bu gündən Azərbaycanda müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) dəyişdirilməsi üzrə elektron ərizələrin qəbulu başlayıb. APA-nın xəbərinə görə, mövcud qaydalara əsasən, müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə iştirak etmək üçün namizədlər iyun ayının 1-dən 12-nə kimi elektron ərizə ilə müraciət etməlidirlər.
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə hazırda Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində daimi əsaslarla çalışan müəllimlər, müəllimlərin işə qəbulu üzrə müsabiqədə isə ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji ixtisaslar üzrə başa vuran və təhsil haqqında dövlət sənədi almış və hazırda müddətsiz müqavilə ilə çalışmayanlar və yaxud müddətli müqavilə ilə çalışan şəxslər iştirak edə bilərlər.
Hər iki müsabiqə ilə əlaqədar vətəndaşların miq.edu.az saytına daxil olmaqla elektron ərizə ilə müraciət etməklə bərabər, müsabiqəyə çıxarılan vakant yerlərlə, müsabiqənin keçirilmə qaydaları ilə də tanış olmaq imkanı var.
Müəllimlərin yerdəyişməsi qaydalarına əsasən, müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəssisə rəhbərinin təqdimatı əsasında nazirlik tərəfindən müsahibə yolu ilə həyata keçirilir. İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə dəyişdirilməsi nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Xüsusi hallarda məsələyə təsdiqedici sənədlərin surəti təqdim olunmaqla fərdi qaydada nazirlik tərəfindən baxılır. Həvəsləndirmə tədbirləri şamil olunan müəllimlərin iş yeri öz istəyi əsasında dəyişdirildikdə, onlara əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin tətbiqi dayandırılır. Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən hərbi qulluqçuların arvadlarının (ərlərinin) iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi məsələsinə müvafiq vakansiya olduğu təqdirdə təsdiqedici sənədlər təqdim edilməklə Təhsil Nazirliyi tərəfindən müsahibə yolu ilə həyata keçirilir.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu isə 1-17 iyul tarixlərində aparılacaq. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün namizədlər isə iyul ayının 1-dən 17-nə kimi elektron ərizə ilə müraciət etməlidirlər.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın