Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / Azərbaycanda  məhkəmə ölmüş şəxsə cəza kəsdi

Azərbaycanda  məhkəmə ölmüş şəxsə cəza kəsdi

Astara rayonunda məhkəmə bir il öncə ölən şəxsə pul cəzası kəsib.

Lent.az-ın məlumatına görə, Astara Rayon Məhkəməsində pul cəzası kəsilən mərhum Rahim Baladadaş oğlu İmanov ötən il vəfat edib.

Astaranın Şiyəkəran kənd sakini 49 yaşlı R.İmanov balıq ovlayarkən tilovun yüksək gərginlikli elektrik xəttinə toxunması səbəbindən cərəyan vurması nəticəsində ölüb.

R. İmanov bu hadisədən bir qədər əvvəl qardaşı Məmməd Baladadaş oğlu İmanova “Amrahbank”-dan kredit götürən zaman zamin durubmuş.

Kredit götürən şəxs ödəniş etmədiyindən bank məhkəməyə müraciət edib.

R.İmanovun yaxınlarının verdiyi məlumata görə, Astara məhkəməsində hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən iclasda mərhuma 343 manat pul cəzası kəsilib.

1

2

3

4

Həmçinin oxuyun

“Zəngəzur və Göyçə bölgəsinə də muxtariyyət verilməlidir”- Qafar Çaxmaqlı

“Əgər Ermənistan Dağlıq Qarabağdakı 60 min erməninin taleyini bu qədər düşünürsə, onda Ermənistandan qovduğu 250 …

Bir cavab yazın