Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Azərbaycanda kütləvi xəbərdarlıq mesajları yayıldı – Təşviş

Azərbaycanda kütləvi xəbərdarlıq mesajları yayıldı – Təşviş

Ötən gün axşam saatlarında bir çox abunəçilərin mobil telefonlarına, sosial şəbəkə ünvanlarına planetdə yüksək radiasiya olacağı ilə bağlı xəbərdarlıq mesajı göndərilib. 

“Qafqazinfo” xəbər verir ki, mesajda qeyd olunur ki, radiasiya ilə əlaqədar kosmik şüalar Yer planetinə yaxınlaşacaq. Buna görə də abunəçilər mobil telefonları söndürməlidir. Əks halda, şüalar insan orqanizminə ciddi zərər vura bilər.

“Qafqazinfo” məsələni araşdırmaq üçün Radiasiya Problemləri İnstitutu ilə əlaqə saxlayıb. İnstitun elmi katibi Musa Nuriyev bildirib ki, bir neçə gün əvvəl Günəşdə  maqnit qasırğasının olacağı ilə bağlı məlumat  yayılmışdı: “Bu qasırğa artıq iki gün əvvəl baş verib. İndi də onun gücü yavaşlaya-yavaşlaya gedir.

Ancaq fon yüksəlməsi bizim bildiyimiz radiasiya deyil. Bu Günəş radiasiyasıdır. Maqnit qasırğası həkimlərin də dediyi kimi ürəyində problemlər olan insanların səhhətinə müəyyən  qədər təsir edə bilər.

Bunun üçün mobil telefonları söndürməyə ehtiyac yoxdur. İnsanlar narahat olmasın. Əgər ciddi məsələ olsaydı, başqa qurumlar buna qoşulardı. Belə şeylərdən qorxmaq lazım deyil. Bunlar dedi-qodu şəklində yayılan söz-söhbətlərdir”.

 

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …

Bir cavab yazın