Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycanda “iPhone” satışı dayandırıldı

Azərbaycanda “iPhone” satışı dayandırıldı

“Apple” ticarət nişanının Azərbaycanda rəsmi təmsilçisi “Almastore” mağazalar şəbəkəsində “iPhone” telefonlarının satışı dayandırılıb. 

“Apple” məhsullarını ölkəyə idxal edən “Almastore”dan “Report”a verilən məlumata görə, ölkəyə “iPhone”ların idxalı dayandırılıb və prosesin may ayından sonra bərpa olunacağı gözlənilir: “O vaxta qədər isə “Almastore” mağazalarında “iPhone” satılmayacaq”.

Bununla yanaşı bildirilib ki, may ayından sonra Azərbaycana gətiriləcək telefonlar yeni qiymətlə satışa çıxarılacaq və bu, indikindən bir qədər yüksək olacaq.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın