Ana səhifə / Siyasət / Azərbaycanda ilk dəfə – ana bətnində dölə qan köçürüldü
CNS-LIFE-GENDER -- Behind the scenes- the model of a fetus in the womb. On Mother's Day, one of the most startling broadcasts will be In the Womb on National Geographic Channel. Pictures of unborn infants are not new but this two-hour Brit documentary uses the latest in 3-D scanning technology to provide exceptional images of a baby girl from conception to birth. Her mouth opens, she swallows amniotic fluid, hiccups, learns innate reflexes when startled, seems to recognize familiar voices and music, selects a favourite thumb to suck (at 11 weeks), dreams (but of what?) and generally is awake about 10 per cent of the time. (CP PHOTO/ Alliance Atlantis/ HO) *Calgary Herald Merlin Archive* DATE PUBLISHED THURSDAY, MAY 5, 2005 DATE PUBLISHED THURSDAY, SEPTEMBER 22, 2005 *Calgary Herald Merlin Archive*FOR CNS LIFE PACKAGE, APRIL 2, 2010

Azərbaycanda ilk dəfə – ana bətnində dölə qan köçürüldü

Respublikada ilk dəfə olaraq ana bətnində dölə qan köçürülüb.

Azərbaycan Tibb Universitetindən “Qafqazinfo”ya verilən məlumata görə, bu ilkə imza atan ATU-nun Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri Uzman Dr. Turab Canbaxışov bildirib ki, pasiyent 1 həftə əvvəl klinikaya müraciət edib. Daha əvvəl başqa bir klinikada hamiləliyi izlənilən pasientə ultrasəs müayinəsi zamanı dölün qarnına su yığıldığı deyilib. Bununla bərabər dəri və dərialtı toxumalara su yığıldığı üçün ödəm başlayıb. Döldə belə vəziyyət, adətən, qan uyğunsuzluğu, rezus uyğunsuzluğu və ya viral problem əsasında yaranır. Bundan başqa analizlər nəticəsində virus və virus antitellərinə rast gəlindiyi də deyilib.

T. Canbaxışov qeyd edib ki, eyni simptomları onlar da müşahidə ediblər. “Biz müayinə etdik və virus antitellərinə qarşı da analiz götürdük. Ancaq analizlərin nəticəsi mənfi çıxdı. Tək problem qan uyğunsuzluğu idi. Qan qrupunun uyğunsuzluğunu ana bətnində ikən aşkar etmək çətin olur. Buna baxmayaraq, analizlərin cavabı müsbət çıxdı. Dopler müayinəsi zamanı uşağa ciddi anemiya diaqnozu qoyuldu. Ciddi anemiya olduğu üçün müalicənin yeganə üsulu ana bətnində dölə qan köçürülməsidir. Dölün çəkisinə, həftəsinə və hemoqlobin dəyərinə görə ümumi miqdar hesablanır və qan köçürülür. Biz bu prosesi uğurla həyata keçirdik. ”

Dr. T.Canbaxışov bildirib ki, hal hazırda dölün vəziyyəti yaxşıdır, 1 həftə ərzində döldə olan ödemin çəkilməsini gözləyəcəklər. Əgər lazım gələrsə, bu prosedur hamiləliyin sonuna qədər 2-4 həftə aralıqla daha 2 dəfə olunacaq.

 

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın