Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycanda idarə rəisi mətbuata şikayət edən fəhlələri işə buraxmadı – Keşlə Dəmir Yolu Stansiyasında növbəti qalmaqal

Azərbaycanda idarə rəisi mətbuata şikayət edən fəhlələri işə buraxmadı – Keşlə Dəmir Yolu Stansiyasında növbəti qalmaqal

Dünən Keşlə Dəmir Yolu Stansiyasının yükboşaltma idarəsinin rəhbəri Maarif Niyazovun qanuna zidd əməlləri haqda redaksiyamıza daxil olan şikayət məktubuna əsasən məqalə dərc etmişdik.

Avropa.info-nun idarədəki mənbələrdən əldə etdiyi məlumata görə dünən saytımızda dərc olunan şikayət məktubundan sonra bu gün səhər saatlarında işə gələn fəhlələr idarənin həyətinə buraxılmayıblar.

Redaksiyamıza şikayət edən fəhlələr Keşlə Dəmir Yolu Stansiyasının yükboşaltma idarəsinin rəhbəri Maarif Niyazovun qanuna zidd əməllərinin bununla bitmədiyini söyləyiblər.

İdarədə çalışanlar da M. Niyazovun qanunsuz hərəkətlərinin bununla yekunlaşmadığını təsdiqləyiblər. Yükboşaltma İdarəsinin əməkdaşlarının sözlərinə görə idarənin həyətində boşalan yüklərin yerləşdirilməsi üçün ayrılmış xüsusi anbarlar var.

Həmin anbarlar iş adamlarına kirayə verilir. İşçilərin sözlərinə görə Maarif Niyazov həmin anbarların bir kvadrat metrinə görə iş adamlarından 3 manat miqdarında rüsum alır. Amma alınan bu rüsumların isə dövlət büdcəsinə sadəcə 1.50 manatı köçürülür. Həmin maddi vəsaitin geri qalan hissəsi isə qanunsuz olaraq Maarif Niyazovun cibinə gedir.

Qeyd edək ki, dünən redaksiyamıza daxil olan şikayət məktubu əsasında dərc olunan yazıda Maarif Niyazovun vaqonların hər birinin boşaldılmasına icazə verilməsi üçün fəhlələrdən qanunsuz olaraq 20 manat məbləğində pul aldığını yazmışdıq.

Bundan başqa, idarənin texniki hissəsində gələn yüklərin boşaldılması üçün ayrılmış avtokarların olmasına baxmayaraq M. Niyazovun iki ədəd 30 min manat dəyəri olan avtokar alaraq idarənin həyətinə qoyduğunu və gələn vaqonların yarısının yüklərinin boşaldılmasını da həmin avtokarlara həvalə etdiyini yazmışdıq.

Məsələyə münasibət bildirən Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov isə deyilənləri təkzib etmiş, idarədə muzdlu fəhlələrin çalışmadığını, idarənin öz fəhlələrinin olduğunu və aylıq maaş müqabilində işlədiklərini bildirmişdi.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın