Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Siyasət / Azərbaycanda general-mayor vəfat edib

Azərbaycanda general-mayor vəfat edib

Azərbaycan Silahlı Qüvvələrinə itki üz verib.

QafqazinfoMüdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, uzun sürən xəstəlikdən sonra istefada olan general-mayor Əli İmran oğlu Kazımov 2016-cü il oktyabr ayının 26-da 60 yaşında vəfat edib.

Əli İmran oğlu Kazımov 17 fevral 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində anadan olub.

1973-cü ildə Bakı şəhərindəki 8 nömrəli orta internat məktəbini bitirdikdən sonra S.M.Kirov adına Qırmızıbayraqlı Xəzər Ali Hərbi-Dəniz Məktəbinə daxil olub və şturman fakültəsini müvəffəqiyyətlə başa vuraraq “mühəndis – şturman” ixtisasına yiyələnib.

Azərbaycan Respublikası Müdafiə nazirinin 25 fevral 1996-cı il tarixli əmri ilə Ə.İ.Kazımova “1-ci dərəcəli kapitan” və Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli əmri ilə “general-mayor” ali hərbi rütbəsi verilib.

Sonralar Müdafiə nazirinin məsləhətçisi, Müşavirlər qrupunun müşaviri, İnspektorlar qrupunun inspektoru vəzifələrində xidmət edən general-mayor Əli İmran oğlu Kazımov 17 oktyabr 2014-cü ildə xəstəliyə görə istefaya buraxılıb.

Həmçinin oxuyun

Azərbaycanın “qara siyahı”sına neçə nəfər düşüb?

Rəsmi Bakı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər edənləri “arzuolunmaz şəxslər” siyahısına salır. Azərbaycan …

Bir cavab yazın