Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Azərbaycanda FETÖ məktəbləri Türkiyəyə verilir? – Nazirlik xəbərsizdir

Azərbaycanda FETÖ məktəbləri Türkiyəyə verilir? – Nazirlik xəbərsizdir

Türkiyə Maarif Vəqfinin icraçı direktoru Cem Zorlu bildirib ki, 50 ölkədə, o cümlədən Azərbaycanda FETÖ ilə əlaqəsi olan məktəblərin vəqfə transfer edilməsi və təhvil-təslim işləri üçün danışıqlar gedir.

Cem Zorlunun sözlərinə görə, bu məktəblərdə təhvil-təslim işləri bitdikdən sonra həmin müəssisələrdə yeni tədris planı tətbiq olunacaq.

AzVision.az bu iddiaya aydınlıq gətirilməsi üçün Təhsil Nazirliyinə müraciət edib. Nazirliyindən əməkdaşımıza bildirilib ki, bu haqda onlara heç bir informasiya daxil olmayıb.

“Ola bilər bu haqda kimlərsə açıqlamalar və ya müsahibələr versin. Amma bizə bu barədə heç bir informasiya daxil olmayıb. Əgər nəsə olarsa, məlumat veriləcək”,-deyə məlumatda qeyd olunub.

“Qafqaz” Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza açıqlamasında bildirib ki, Türkiyə Yüksək Təhsil Şurasının qərarının onlara aidiyyatı yoxdur.

Onun sözlərinə görə, “Qafqaz” Universiteti SOCAR-ın nəzdində Beynəlxalq Təhsil Mərkəzinin universiteti kimi fəaliyyət göstərir: “İndiyə kimi diplomların tanınmaması ilə bağlı Türkiyə Yüksək Təhsil Şurasından və səfirlikdən bizə rəsmi məktub daxil olmayıb”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın