Şənbə , Yanvar 16 2021
Ana səhifə / Siyasət / Azərbaycanda daha bir siyasi partiya dövlət qeydiyyatından keçib

Azərbaycanda daha bir siyasi partiya dövlət qeydiyyatından keçib

Azərbaycanda daha bir siyasi partiya dövlət qeydiyyatından keçib.

Ədliyyə Nazirliyi Yeni Zaman Partiyasını dövlət qeydiyyatına alıb.

Qeydiyyata alınma barədə sənəd partiyanın sədri Musa Ağayevə təqdim edilib.

Bununla, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı 56 olub.

Qeyd edək ki, Yeni Zaman Partiyası 2007-ci ildə təsis olunub.

Həmçinin oxuyun

“Şuşada təmir etdiyim evdə yaşaya bilmədim” – Erməni qadından Arayikə etiraz

Azərbaycanın tarixi şəhəri olan Şuşada vaxtilə qanunsuz məskunlaşdırılmış ermənilərdən biri separatçıların lideri Arayik Arutyunyana üsyan …