Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Azərbaycanda bu gün toyu olacaq gənc qəzada öldü

Azərbaycanda bu gün toyu olacaq gənc qəzada öldü

Astara rayonunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Azinforum.az Report-a istinadən xəbər verir ki, hadisə Astara şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “BMW” markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili “VAZ-2107” markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Nəticədə “VAZ-2107” markalı avtomobilin sürücüsü Məmmədzadə Nicat Fizuli oğlu ölüb, “BMW” avtomobildəki sərnişinlərdən biri Məmmədzadə Samir Nizami oğlu ağır xəsarət alıb.

Qeyd edək ki, qəza zamanı toqquşan avtomobillərin sürücüsü əmioğludurlar. Bununla yanaşı, qəzada ölmüş “VAZ-2107” markalı avtomobilin sürücüsünün bu gün toyu olacaqdı.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın