Azərbaycanda balıq ovu ilə bağlı qaydalar müəyyən olunub.
“Qafqazinfo” xəbər verir ki, baş nazir Artur Rasizadə “Balıq və digər su bioresursları ovunun Qaydaları”nı təsdiq edib. Qaydalarda bu balıqların nə zaman, hansı üzulla ovlanmasına icazə verilməsi haqda tələblər öz əksini tapıb. Həmçinin balıq ovlamaq üçün kvota, icazə sənədlərinin siyahısı, həvəskar və idman balıq ovu üçün şərtlər də sənəddə qeyd olunub.
Aşağıda göstərilən müddətlərdə və yerlərdə balıq və digər su bioresurslarının sənaye ovuna icazə verilir:
Balıqçılıq və su obyektləri | Ov alətləri | Ova icazə verilən müddətlər | |
1 | 2 | 3 | |
Xəzər dənizində (gölündə) | |||
Axçalı və siyənək balıqlarının ovu | dayanan diktorbalı torlar və tələ quruluşlu digər ov alətləri | yanvarın 1-dən mayın 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi | |
Meliorativ kollektorların mənsəbində və məcrasında | bu Qaydalarla müəyyən edilmiş və istifadəsi mümkün olan bütün ov alətləri | il boyu | |
Gəmilərlə kilkə ovu | konus tor və nasoslar | yanvarın 1-dən mayın 1-nə kimi və iyunun 1-dən dekabrın 31-nə kimi | |
1 | 2 | 3 | |
Siyənək və axçalı balıqların ovu | siyənək torları | fevralın 1-dən mayın 1-nə kimi | |
Sahil kilkəsinin ovu | dayanan diktorbalı torlar | yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 15-dən dekabrın 31-nə kimi | |
Kefal və digər axçalı balıqların ovu | cibli kefal torları | yanvarın 1-dən mayın 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi | |
H.Z.Tağıyev adına qəsəbədən Rusiya Federasiyasının sərhəd-lərinə qədər olan sahil-boyu ərazilərdə siyənək və axçalı balıqların ovu | atılan dəniz diktorbalı toru | martın 1-dən aprelin 15-nə kimi | |
Xərçəng və krevet ovu | xərçəngtoplayan
|
mayın 1-dən noyabrın 1-nə kimi | |
Kür çayında | |||
Nərə cinsli, axçalı və qızıl balıqların ovu
|
atılan diktorbalı torlar və üzən çay torları ilə | yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi | |
Kür çayının əlavə sularında axçalı balıqların ovu | üzən çay torları ilə | yanvarın 1-dən martın 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi | |
Göllərdə | |||
Candargöl və Sarısu göllər sisteminə daxil olan su obyektlərində axçalı balıqların ovu | göl venterləri və axçalı balıq torları | yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi | |
Su anbarlarında | |||
Mingəçevir, Şəmkir, Araz, Ağstafa və Varvara su anbarlarında axçalı balıqların ovu | göl venterləri və axçalı balıq torları | yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi | |
Mingəçevir, Araz və Varvara
su anbarlarında xərçəng ovu |
ixtisaslaşdırılmış ov alətləri | mayın 1-dən noyabrın 1-nə kimi | |
Balıq ovu ilə bağlı təsdiq olunmuş qaydalarla tam şəkildə BURADAN tanış ola bilərsiniz.