Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycanda 6 klinika bağlandı

Azərbaycanda 6 klinika bağlandı

Səhiyyə Nazirliyinin bu ilin 1-ci yarısında apardığı yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin fəaliyyəti dayandırılıb. Fins.az-ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, bunlar “VİP Dental” MMC, “Loğman Klinikası” MMC, “İnvitro” MMC, “Starmed” MMC, “Faiq-96” Müəssisəsi və “Nihat Klinikası” MMC-dir. Bundan başqa, nazirlik 3 özəl tibb müəssisəsinə – “Zaman Tibb Mərkəzi” MMC, “Assmed” MMC, və “Medservis” Özəl Tibb Mərkəzinə verdiyi xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidməti tam çıxararaq yalnız poliklinik xidməti saxlayıb. Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisəsi və tibbi xidmət göstərən fiziki şəxslər İnzibati Xətalar Məcəlləsinə cərimə edilib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın