Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Azərbaycanda 36 min şagird Ana dilindən “2” aldı

Azərbaycanda 36 min şagird Ana dilindən “2” aldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 16, 21, 25, 30 iyun tarixlərində respublikanın orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının statistik nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən virtualaz.org-a verilən xəbərə görə, imtahanlarda 104476 nəfər IX, 84589 nəfər XI sinif şagirdi iştirak edib.

Ümumi orta təhsil bazasında (9 illik) imtahan verənlərin Azərbaycan dili fənnindən 20911 nəfəri (20,06%) “2”, 47937 nəfəri (45,98%) “3”, 21715 nəfəri (20,83) “4”, 13694 nəfəri (13,13) “5”, Riyaziyyat fənni üzrə isə 26438 nəfəri (25,31%) “2”, 39687 nəfəri (37,99%) “3”, 19411 nəfəri (18,58%) “4”, 18940 nəfəri (18,13) isə “5“ qiymət alıb.

Tam orta təhsil bazasında (11 illik) buraxılış imtahanı verən şagirdlərin isə Azərbaycan dili fənnindən 15486 nəfəri (18,34%) “2”, 16512 nəfəri (19,56) “5”, Riyaziyyat fənnindən 16038 nəfəri (18,96%) “2”, 17026 nəfəri (20,13%) “5”, Xarici dildən 19908 nəfəri (23,72%) “2”, 17011 nəfəri (20,27%) “5”, Kimya fənnindən 186 nəfəri (27,64%) “2”, 42 nəfəri (6,24) “5” alıb.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın