Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Siyasət / Azərbaycanda 32 ildir, vəzifədə olan şəxs işdən çıxarıldı

Azərbaycanda 32 ildir, vəzifədə olan şəxs işdən çıxarıldı

Dövlət Sığorta Kommersiya Şirkətinin sədr müavini vəzifəsindən azad olunub.

28.05.1989-cu ildən Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsində çalışan Hacıyev Aftandil Əskər oğlu müvafiq əmrlə yaş həddi ilə əlaqədar işdən çıxarılaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Aftandil Hacıyev 15.01.1944-cu ildə Tovuz rayonunda anadan olub. O, 1967-ci ildən Mərkəzi Əmanət kassasında kontroler, 1968-ci ildən Dövlət Sığorta İdarəsinin Şəxsi Sığorta Şöbəsində inspektor vəzifəsinə təyin olunub. 28.05.1989-cu ildə Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsinə təyin ediib. 3 övladı, 7 nəvəsi var 

Xatıradaq ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Fərhad Adıgözəlovu Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edib. Qaynarinfo

Həmçinin oxuyun

David Babayan Azərbaycana təşəkkür etdi

Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” David Babayan Azərbaycana təşəkkür edib. Bu barədə o, “Facebook” …