Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Azərbaycanda 17 dini icma ləğv edildi

Azərbaycanda 17 dini icma ləğv edildi

Bu il ərzində 17 dini icma ləğv edilərək dini qurumların dövlət reyestrindən çıxarılıb.
Moderator.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat verib.
Məlumatda qeyd olunub ki, həmin dini icmaların təsisçiləri dini icmanın dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı DQİDK-yə müraciət ediblər. Onların müraciəti əsasında həmin icmalar ləğv edilərək, dini qurumların dövlət reyestrindən çıxarılıb.
Dini qurumlar təsisçilərin və ya nizamnamə ilə buna vəkil edilən orqanın qərarı ilə, eləcə də müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər.
Qeyd edək ki, ümumilikdə Azərbaycanda 707 dini icma dövlət qeydiyyatına alınıb. Bu ilin ötən dövründə isə 62 dini icma dövlət qeydiyyatına alınaraq dini qurumların dövlət reyestrinə daxil edilib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın