Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Azərbaycana qarşı LGBT təxribatı

Azərbaycana qarşı LGBT təxribatı

Tarix İnstitutu Azərbaycanın tarixi şəxsiyyətlərinə qarşı təxribatların dayandırılmasını tələb edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə qarşı törədilən təxribatlara etiraz edib.

APA-nın institutun saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı yayılan açıqlamada qeyd olunub ki, son dövrlərdə internetdə, o cümlədən “wikipedia” – virtual ensiklopediyada Azərbaycan tarixini saxtalaşdıran, xalqımızın görkəmli şəxsiyyətlərinə çirkin iftiralar ataraq, gözdən salmağa çalışan və milli-mənəvi dəyərlərimizə qara yaxan materiallar yerləşdirilməkdədir. Bunlardan biri də “Azərbaycanda “LGBT tarixi” adlı məqalədir.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu bu “wikipedia” məqaləsini Azərbaycanın tarixinə, xalqımızın milli-mənəvi dəyərlərinə qarşı xüsusi sifarişlə yazılan növbəti təxribat hesab edir. Məqalədə heç bir əsas olmadan, ən qədim zamanlardan başlayaraq son dövrlərə kimi Azərbaycan tarixində homoseksual münasibətlərin mövcud olduğu iddia olunur, görkəmli tarixi şəxsiyyətlərimizə çirkin iftiralar atılaraq gözdən salmağa cəhd edilir: “Aydın olur ki, müəllif məqaləni xüsusi məqsədlə hazırlayıb. Çünki müəllif Azərbaycanda homoseksual problemlərin mövcudluğunu əsaslandırmaq üçün dövrün tarixi qaynaqlarına deyil, mənbəyi məlum olmayan əsassız internet resurslarına istinad edərək, Azərbaycanla heç bir əlaqəsi olmayan faktları Azərbaycanın tarixi şəxsiyyətlərinə sırımağa çalışır. Onun “Gilqameş dastanı”ndan, “Hammurapi qanunları”ndan, ayrı-ayrı əcnəbi müəlliflərdən gətirdiyi faktların Azərbaycanla heç bir əlaqəsi yoxdur. Lakin qloballaşma prosesinin mənfi təzahürlərindən biri olan LGBT Avropa ölkələrində özünə “azadlıq” əldə edərək, son dövrlərdə xüsusilə fəallaşıb. Avropa ölkələrində eynicinsli rəsmi nikahlar həyata keçirilir. Azərbaycanda heç zaman son qloballaşma dövrünə qədər LGBT mövcud olmayıb. Lakin Qərbin təsiri ilə ölkədə formalaşmağa başlayan belə qüvvələr əmələ gəlib. Görünür məqalə müəllifi belə qüvvələrə xüsusi rəğbət göstərir və bütün xalqı ləkələmək istəyir”.

Tarix İnstitutu “wikipedia” idarəçilərindən Azərbaycan tarixinə, milli-mənəvi dəyərlərimizə qara yaxan, onu gözdən salmağa çalışan Səfər İbrahimov (İstifadəçi adı: Sefer azeri) adlı idarəçini “wikipedia” idarəçiləri siyahısından çıxarmağı, burada Azərbaycan tarixinə qarşı təxribatlara yol verməməyi, tarixi məqalələr yazılarkən Tarix İnstitutunun rəsmi facebook səhifəsi ilə əlaqə yaratmağı və elmi məsləhətlər almağı xahiş edir.

Həmçinin oxuyun

Əli Kərimli: “Məğlub olan düşmən gücünü dinc əhalini qətliama məruz qoymaqla göstərmək istəyir”

“Terrorçu Ermənistanın bu gün Bərdədə törətdiyi cinayət nəticəsində indiyədək olan məlumata görə, 21 nəfər dinc …

Bir cavab yazın