Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Azərbaycana kim daha yaxşıdır: Avropa, yoxsa Rusiya? – VİDEOSORĞU

Azərbaycana kim daha yaxşıdır: Avropa, yoxsa Rusiya? – VİDEOSORĞU

Azərbaycanla Avropa arasında  münasibətlər gərginləşir. Buna səbəb sentyabrın 10-da Avropa Parlamentinin iclasında Azərbaycanla bağlı qəbul olunmuş qətnamədir. Xatırladaq ki, qətnamədə parlamentarlar Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq Azərbaycanda insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar. Həmçinin qətnamədə Azərbaycan hökuməti universal insan haqlarına hörmətlə yanaşmağa, tələblər yerinə yetirilməyənə qədər strateji əməkdaşlıq razılaşması üzrə danışıqların dayandırılmasına çağırılır.
Bununla bağlı bu gün Milli Məclisin növbədənkənar xüsusi iclası keçirilib və məsələ müzakirəyə çıxarılıb.
Bəs, görəsən Avropa ölkələrinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə və bu səbəbdən tərəflər arasında yaşanan gərginlik sadə insanlar tərəfindən necə qarşılanır? Vətəndaşlar Avropanı, yoxsa Rusiyanı Azərbaycan üçün daha önəmli tərəfdaş hesab edir?
Musavat.com bu suallarla şəhər sakinləri arasında sorğu keçirib. İnsanların siyasi məsələyə yanaşması müxtəlif olub.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın