Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / Azərbaycana dərman gətirənlərə xəbərdarlıq – Nazirlik tələb etdi

Azərbaycana dərman gətirənlərə xəbərdarlıq – Nazirlik tələb etdi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin qablaşdırmasının türk dilində olmasına icazə verilməsi ilə bağlı dərman vasitəsi idxalçılarına və xarici istehsalçı şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilib ki, Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli 513 nömrəli qərarı ilə “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na dəyişiklik edilərək dərman vasitəsinin qablaşdırmasının Azərbaycan, rus və ingilis dillərindən başqa, həm də türk dilində olmasına icazə verilib.

Qeyd olunub ki, türk dilində qablaşdırmaları olan dərman vasitələrini idxal edə bilmək üçün istehsalçı tərəfindən həmin qablaşdırmalar Azərbaycan Respublikasında “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 8 nömrəli Əlavəsinə uyğun olaraq qeydiyyata salınmalı və təsdiq edilməlidir, həmçinin istifadə təlimatının Azərbaycan dilində olması mütləqdir.

Həmçinin oxuyun

Zahid Oruc: “Ordumuz Qarabağın yarısına nəzarət edir”

“Dünən Ali Baş Komandan İlham Əliyev tərəfindən bəyan edilən 21 kənd və bir qəsəbənin azad …

Bir cavab yazın