Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Azərbaycana 30 min ərəb turistin gəlişi gözlənilir

Azərbaycana 30 min ərəb turistin gəlişi gözlənilir

Yay tətili ərzində və Qurban bayramı dövründə Fars körfəzi ölkələrindən Azərbaycana 30 min turistin gələcəyi gözlənilir.

Bu barədə “Arabian Gazette” nəşrinə açıqlamasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin BƏƏ-dəki nümayəndəsi Raşil əl-Nuri bildirib.

O, Azərbaycana Körfəz ölkələrindən gələn turistlərin sayında artım olmasının Prezident İlham Əliyevin bu regiondan gələn turistlər üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı strateji qərarının nəticəsi olduğunu qeyd edib.

“Bu qərar qəbul edilən zaman Azərbaycanın ərəb turistlər üçün populyar turistik istiqamətlərdən biri olacağını bilirdim. Qarşımıza ərəb ölkələrinin vətəndaşları üçün Azərbaycanın gözəl istiqamət olmasını təşviq etmək vəzifəsi qoyulmuşdu. Bu işlə məmnuniyyətlə və Azərbaycan rəhbərliyinin dəstəyi ilə məşğul olduq və görürük ki, istəyimizə nail ola bilmişik”, – deyə o bildirib.

Həmçinin oxuyun

“Ermənistandan həyəcanlı siqnallar gəlir…” – Moskva da istəyir ki…

“Hazırda Ermənistanda təkcə siyasi qüvvələrin konfiqurasiyası deyil, həmçinin ordu strukturlarının vəziyyətilə bağlı kritik problemlər meydana …

Bir cavab yazın