Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Azərbaycan yüksək səviyyəli yeni milli domen əldə edə bilər

Azərbaycan yüksək səviyyəli yeni milli domen əldə edə bilər

Azərbaycan yüksək səviyyəli 3 hərfli milli domenin – AZE – ölkəyə göndərilməsi məsələsini qaldıra bilər.
Bu barədə Trend-ə İnformasiya Problemləri üzrə Araşdırma Mərkəzinin rəhbəri Yaşar Hacıyev deyib.
Onun sözlərinə görə, 10 ildən artıq müddətdən əvvəl təşəbbüs göstərilən yuxarı səviyyəli 3 hərfli milli domenlərin tətbiqi məsələsi yenidən aktivləşib və Domen Adlarının Verilməsi Təşkilatı (ICANN) səviyyəsində müzakirə edilir.
Y.Hacıyev qeyd edib ki, bu məsələ hələ müzakirə mərhələsindədir və onun həlli üçün ümumi yanaşma prinsipi hazırlandıqdan sonra ölkələrin nəzərinə çatdırla bilər: “Domenin administratorunun kim (dövlət, özəl və ya QHT) olacağı hələ bəlli deyil. Bütün bu məsələlər dəqiq tənzimlənməlidir. Mexanizmlər hazırlandıqdan sonra Azərbaycan digər ölkələr kimi yüksək səviyyəli 3 hərfli milli domeninin göndərilməsi məsələsi üzrə müraciət edə bilər. İndiki halda söhbət AZE domenindən gedir”.
Y.Hacıyev əlavə edib ki, yeni domen zonasından istifadə internetin milli seqmentlərinin genişləndirilməsi məqsədlərinə xidmət edəcək.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın