Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Azərbaycan XİN rəhbəri həmsədrlərlə görüşüb

Azərbaycan XİN rəhbəri həmsədrlərlə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun mayın 31-də Brüsselə işgüzar səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əvvəlcədən planlaşdırılmış görüşü keçirilib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkün olan ən tez bir zamanda irəlilədilməsi məqsədilə iyun zirvə toplantısına hazırlıq üçün Vyana görüşünün nəticələri müzakirə edilib.
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iyun ayında keçirilməsi planlaşdırılan görüşünün ləğv edilməsi barədə xəbərə münasibət bildirən Hikmət Hacıyev belə bir görüşün keçirilməsinin təklif olunmadığını və nəticə etibarilə planlaşdırılmadığını vurğulayıb.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın