Bazar , Yanvar 17 2021
Ana səhifə / Siyasət / Azərbaycan XİN İrandakı son hadisələr haqda

Azərbaycan XİN İrandakı son hadisələr haqda

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) son günlərdə İranda baş verən hadisələrə münasibət bildirib.

XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır.

Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Son 6 gündə etiraz aksiyası ilə bağlı ölənlərin sayının 22 nəfərə çatdığı bildirilir. Xatırladaq ki, İranın Təhlükəsizlik Nazirliyi (Ettelaat) məlumat yayaraq bildirib ki, son hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri müəyyən edilib və həbs olunub.

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …