Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Siyasət / Azərbaycan və Rusiya prezidentləri bu məsələləri müzakirə edəcək

Azərbaycan və Rusiya prezidentləri bu məsələləri müzakirə edəcək

20 iyul Rusiya Prezidenti Vladimir Putinlə Moskvada işgüzar səfərdə olacaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutacaq görüşdə müzakirə olunacaq mövzular açıqlanıb.

Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, görüşdə diqqət Rusiya-Azərbaycan münasibətlərindəki strateji əməkdaşlığın əsas istiqamətləri kimi ticarət-investisiya və humanitar əməkdaşlıq istiqamətində müzakirələrin aparılmasına yönələcək.

Görüş çərçivəsində aktual regional problemlər barədə fikir mübadiləsinin aparılması da planlaşdırılır.

Görüşdə əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı doqquz noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmanın reallaşdırmasının praktik aspektlərinə, həmçinin iqtisadi, nəqliyyat əlaqələrinin blokdan çıxarılması və inkişafı istiqamətindəki həllinə ayrılacaq.

Həmçinin oxuyun

Baydendən Qarabağla bağlı açıqlama

“Mən Qarabağ münaqişəsinə görə təhlükəsizlik sahəsində 2020-ci ildə yaranmış mürəkkəb çağırışları anlayıram”. Bu fikirləri ABŞ …