Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Siyasət / Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

Mayın 13-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qazaxıstan Prezidenti Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, əmin-amanlıq arzularını çatdırıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində, Kasım-Jomart Tokayevi və Qazaxıstan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək firavanlıq arzulayıb.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında uğurla inkişaf edən dostluq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Türk Şurası çərçivəsində də ölkələrimizin uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.

Həmçinin oxuyun

Müxalifətdən Şuşa Bəyannaməsinə reaksiyalar – “…Qürur duyuruq”

15 iyun 2021-ci il Azərbaycan tarixinə yazılan möhtəşəm gün oldu. Azərbaycan və Türkiyə prezidentləri iki …