Çərşənbə , May 22 2024
Ana səhifə / Siyasət / Azərbaycan və İordaniya arasında müdafiə sahəsində saziş imzalanıb

Azərbaycan və İordaniya arasında müdafiə sahəsində saziş imzalanıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-mayor Yusif Əhməd Al-Hnaiti ilə görüşüb.

“Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun önündən keçdikdən sonra, protokola uyğun olaraq general-polkovnik Z.Həsənov ziyarətçilər kitabını imzalayıb.
Geniş tərkibdə keçirilən görüşdə hərbi, hərbi texniki sahədə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Görüşün sonunda müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb”, – məlumatda deyilir.

Həmçinin oxuyun

Nə qərb , nə də ABŞ Azərbaycanın düşməni deyil.

Bəzi kiçik siyasi spikulyasiyalar görə geniş Qərb anlayışı və ABŞ barədə daşqalaq ritorikasını doğru hesab …