Şənbə , Yanvar 29 2022
Ana səhifə / Siyasət / Azərbaycan və Ermənistan ziyalılarının görüşü ilə bağlı daha bir açıqlama – VİDEO

Azərbaycan və Ermənistan ziyalılarının görüşü ilə bağlı daha bir açıqlama – VİDEO

Bu günlərdə Azərbaycan və Ermənistandan olan bir qrup ziyalı Moskvada Rusiyanın vasitəçiliyi ilə görüşüb.

Görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.

Görüşdə iştirak edən Ayaz Salayev bildirib ki, sözügedən təmas tanışlıq məqsədi daşıyıb. Yəni ziyalılar müharibədən sonra bir-birlərinə olan münasibəti daha yaxından izləmək və aydınlaşdırmaq istəyiblər. Onun sözlərinə görə, sözügedən görüş ziyalıların timsalında Ermənistanda olan ab-havanı hiss etmək, erməni xalqının vəziyyətini öyrənmək baxımından vacibdir.

Ayaz Salayev bildirib ki, görüş zamanı erməni ziyalıların yumşaq ritorikası diqqət çəkib. Bu isə başadüşüləndir. Çünki 44 günlük müharibədən Azərbaycan xalqı qalib, onlar isə məğlub kimi çıxıblar. Müharibədən sonra ziyalıların ilk görüşününün sərin atmosferdə keçdiyini deyən Ayaz Salayev növbəti görüş üçün konkret danışıqların aparılmadığını söyləyib.

O əlavə edib ki, görüşdə azərbaycanlı ziyalılar mina xəritələrinin qeyri-dəqiqliyini, bu səbəbdən də azad edilmiş ərazilərdə real təhlükənin olmasını diqqətə çatdırıblar. Ermənilər isə saxlanan hərbçilərin geri qaytarılması ilə bağlı düşüncələrini ifadə ediblər.

Həmçinin oxuyun

YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI

Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasın müzakirəsinə “Yeni …