Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / Azərbaycan və Ermənistan Qarabağla bağlı “atəşkəs haqqında Sazişə yaxındır”

Azərbaycan və Ermənistan Qarabağla bağlı “atəşkəs haqqında Sazişə yaxındır”

Azərbaycan və Ermənistan 1992-ci ildən Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda və ona bitişik rayonlarda atəşkəs haqqında əhəmiyyətli saziş imzalamağa yaxındır.

Türk qaynaqları bu barədə “Middle East Eye” agentliyinə  (Yaxın Şərqdəki hadisələri işıqlandıran London şəbəkə xəbər agentliyi) məlumat veriblər.

Sazişə əsasən Ermənistan Türkiyə və Rusiyanın sülhməramlı missiyalarını bu rayonda yerləşdirməklə böyük bir ərazi güzəştə getməyi öhdəsinə götürür.

Bazar günü Azərbaycan elan etdi ki, Dağlıq Qarabağın böyüklüyünə görə ikinci şəhəri olan Şuşanı azad edib.

Yaxın Şərqlə anonimlik şəraitində söhbət edən mənbələr Azərbaycan Qüvvələrinin yerlərdəki sürətli irələməsinin Ermənistanı münaqişəni dayandırmaq üçün Türkiyənin dəstəklədiyi Rusiya vasitəçilik planının müzakirəsinə sövq etdiyini bəyan ediblər.

Sentyabrın 27-də Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış, lakin etnik ermənilərin yaşadığı və nəzarətində olan anklavda hərbi əməliyyatlar başlanandan bəri ən azı 1000 nəfər, bəlkə də 5000 nəfərədək qətlə yetirilmişdir.

Mənbələrə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin şənbə günü telefon danışığında saziş layihəsinin komponentləri ilə bağlı qarşılıqlı anlaşmaya nail olublar.

Daha sonra telefon danışığında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov tərəfindən ətraflı müzakirə olunub.

Yəqin ki, iki dəhliz yaradılacaq

Saziş layihəsinə əsasən, Ermənistan dərhal Dağlıq Qarabağı əhatə edən yeddi işğal olunmuş rayonun (bir neçə postsovet dövlətinin inzibati vahidi kimi) beşindən çıxacaq.

Barışıq şərtlərinə əsasən, İrəvan 15 gündən sonra qalan iki rayondan qoşun çıxaracaq. Saziş layihəsi Bakıdan yeni azad edilmiş ərazilərini tərk etməyi tələb etmir, lakin Azərbaycanın Dağlıq Qarabağa hücumuna son qoyacaq.

Vacib addım kimi hər iki tərəf iki dəhlizin yaradılmasına razılıq verə bilər.

Ermənistandan Dağlıq Qarabağa gedən bir yol əvvəlcə İrəvanın bu bölgəyə çıxışını təmin etməlidir. Ermənistan isə öz növbəsində Azərbaycanın Naxçıvan ərazisini Bakı ilə birləşdirəcək ikinci dəhlizin yaradılmasına imkan verəcəkdir.

Sonra Türkiyə və Rusiya sülhməramlı qüvvələri atəşkəs rejimini saxlamaq üçün səfərbər olunacaqdır.

“Azərbaycan hökuməti tez bir zamanda Xankəndi şəhərini [Stepanakert erməni dilində] ələ keçirmək və mülki əhali arasında qurban kəsmək istəmir”, – deyə türkiyəli mənbələrdən biri bildirib.

“Bu sövdələşmə mümkün humanitar böhranı dayandırır, eyni zamanda, Azərbaycanın bu ərazidə qanuni tələblərini təmin  edir”. (Turan)

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …