Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Siyasət / Azərbaycan və Əfqanıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirildi

Azərbaycan və Əfqanıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirildi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

*   *   *12:23

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.

AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edildi.

Bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edildi.

Həmçinin oxuyun

Fransa XİN: “DQR” rejiminin tanınması heç kimə fayda verməyəcək”

Fransa Senatı bu gün 305 səs lehinə, 1 səs əleyhinə olmaqla qondarma DQR rejiminin müstəqilliyini …