Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / “Azərbaycan ÜST nümayəndələrini Dağlıq Qarabağa dəvət etməlidir” – Politoloq

“Azərbaycan ÜST nümayəndələrini Dağlıq Qarabağa dəvət etməlidir” – Politoloq

“Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrini işğal olunmuş Dağlıq Qarabağa dəvət etməlidir”.

Bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib. Qeyd edib ki, qondarma qurumun Xarici İşlər Nazirliyinun ÜST-ə müraciəto onu deməyə əsas verir ki, Dağlıq Qarabağda koronavirusun yayılması ilə bağlı məlumatlar bu günədək gizlədilib: “İndi artıq başa düşüblər ki, real vəziyyəti gizlətmək mümkün deyil, əhali kifayət qədər ciddi təhlükə altındadır. Müraciətdə Azərbaycanla bağlı narazılıq ifadə olunub. Faktiki olaraq bu Azərbaycanın əlinə kifayət qədər ciddi əsas verir. Ermənilərinin savadlı imici olsa da, reallıqda savadlı ermənilər yəqin ki, XX əsrdə qaldı, XXI əsrdə bizim rastımıza savadlı olan erməni nəsil hələ ki, çıxmayıb. Ona görə belə səhvlər onlar üçün son illərdə ənənəvi hal alıb. Səhv Azərbaycana qondarma qurumun Xarici İşlər Nazirliyinin yaydığı məlumatı təkzib etməyə əsas yaradır. Bu təkzib BMT sənədləri əsasında məlumatlandırma deməkdir”.

Politoloq deyib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatını Dağlıq Qarabağa dəvət edə bilər: “Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri Azərbaycan mütəxəssisləri ilə birlikdə Dağlıq Qarabağda pandemiyanın miqyasını ölçə, birgə tədbirlər reallaşdıra bilərlər”.

SİTM sədri qeyd edib ki, Azərbaycan bu günə qədər koronovirusla bağlı mübarizədə hələ ki, donor rolundadır və əhalinin hər 10 min nəfərinə düşən yoluxma sayına görə ölkəmiz regionda demək olar ki, ən yaxşı vəziyyətdədir: “Azərbaycan müsbət mənada birinci yerdədir. Eləcə də Azərbaycan koronavirusa qarşı mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar yardım göndərdi. Qonşu İrana 5 milyon dollar yardım edib. Bu o deməkdir ki, Azərbaycan öz ərazisində koronavirusa qarşı mübarizə aparmaq üçün tam hazırdır”.

Mübariz Əhmədoğlunun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan profil strukturlar məsələ ilə bağlı məlumatlandırılmalıdır: “Ən vacibi isə odur ki, Nazirlər Kabineti yanında operativ qərargah bu məzmunda Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməlidir. Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfranslarından bəlli olur ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə operativ qərargah arasında normal, işgüzar iş münasibəti artıq formalaşıb və bu iş münasibətlərini Nazirlər Kabineti yanında operativ qərargah beynəlxalq hüquq əsasında Azərbaycanın ərazisi hesab olunan Dağlıq Qarabağa da keçirə bilər”.

Həmçinin oxuyun

Paşinyan özünü və erməni siyasi elitasını xilas etməyə çalışır

Rəsmi İrəvan döyüş meydanında darmadağın olan ordusunun real vəziyyətindən diqqəti yayındırmaq, öz daxili auditoriyasını sakitləşdirmək …