Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə 7,6 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.
Bu barədə iyulun 17-də Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə 7,6 milyon (yeddi milyon altı yüz min) ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Bundan əvvəl iyunun 9-da Azərbaycan Ukraynaya humanitar yardım ayırmışdı.
Ukraynadakı Kaxovka SES-in bəndinin dağıdılması ilə əlaqədar yaşanan fəlakətdən zərər çəkən bölgəyə yardım məqsədilə Ukraynaya su nasosları, müxtəlif borular, xilasedici gödəkçələr və digər ləvazimatlar göndərilmişdi.