Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / “Azərbaycan Türkmənistan üçün strateji tərəfdaşdır” – Berdiməhəmmədov

“Azərbaycan Türkmənistan üçün strateji tərəfdaşdır” – Berdiməhəmmədov

“Azərbaycan regionda Türkmənistan üçün strateji tərəfdaşdır. Bunu bir daha vurğulayıram. Yəni, bizim mövqelərimiz çox cəhətdən oxşardır”.

Bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib.“Biz bütün dünyada və regionda, – mən Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionunu nəzərdə tuturam, – sabitliyin və təhlükəsizliyin tərəfdarıyıq. Qeyd edildiyi kimi, biz bütün bu tədbirləri məhz beynəlxalq strukturların – Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının himayəsi altında, Müstəqil Dövlətlər Birliyinin və digər beynəlxalq qurumların xətti ilə həyata keçiririk. Buna görə də Azərbaycana təşəkkür edirik ki, o, beynəlxalq arenada Türkmənistanın bütün mövqelərini dəstəkləyir”, – deyə Türkmənistan Prezidenti bildirib.

Həmçinin oxuyun

Türk hərbçilərinin Qarabağa gəlişi nə zaman baş tutacaq

Türkiyə Böyük Millət Məclisinin türk hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsindən bir həftə …