Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / Azərbaycan-Türkiyə hərbi dialoq iclası keçirilir – FOTOLAR

Azərbaycan-Türkiyə hərbi dialoq iclası keçirilir – FOTOLAR

Dekabrın 18-də Ankarada Azərbaycan-Türkiyə 11-ci yüksək səviyyəli hərbi dialoq iclası işə başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti əvvəlcə Ankara şəhərindəki Heydər Əliyev parkını ziyarət edib.

Parkda ümummilli lider Heydər Əliyevin abidəsi önünə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı – “Anıtqəbir” mavzoleyi ziyarət edilib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından Atatürkün məzarı önünə əklil qoyulub.

İclasda həmsədrlərin açılış çıxışları dinlənilib, regional təhlükəsizlik mühitinin vəziyyətinə dair brifinqlər təqdim olunub. Sonra iclas işçi qruplarla işini davam etdirib.

Dekabrın 20-dək davam edəcək iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, hər iki ölkənin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri, eləcə də 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək.

Hərbi dialoq çərçivəsində müzakirələrdə cari ildə görülmüş işlər təhlil edilərək 2019-cu il üçün fəaliyyət planı razılaşdırılacaq.

Qeyd edək ki, iclasın Azərbaycan tərəfindən həmsədri müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın ikinci rəisi, general-polkovnik Mətin Gürakdır.

Həmçinin oxuyun

Nemət Pənahlının rəhbərlik etdiyi partiyanın dövlət qeydiyyatı ləğv edilə bilər

Nemət Pənahlının rəhbərlik etdiyi partiyanın – Azərbaycan Milli Dövlətçilik Partiyasının qeydiyyatı ləğv edilə bilər. Buna …