Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Azərbaycan tarix yazır, Azərbaycanda tarix yazılır – VİDEO

Azərbaycan tarix yazır, Azərbaycanda tarix yazılır – VİDEO

Bu gün ilk dəfə Azərbaycanda keçiriləcək Avropa Oyunlarının rəsmi açılış mərasimi olacaq. Mötəbər yarışın açılışı Bakı Olimpiya Stadionunda axşam saatlarında baş tutacaq.

Açılış mərasiminə bir sıra ölkələrin dövlət başçıları və hökumət nümayəndələri qatılacaq.

Onu da qeyd edək ki, Avropa Oyunları Avropa Olimpiya Komitəsi tərəfindən təsis edilib və 2012-ci ildə Romada keçirilən Baş Assambleya iclasında ilk oyunun keçiriləcəyi yer seçilib. İlk Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınıb. Söhbət çoxprofilli qitə idman yarışlarından gedir. Asiyada qitə miqyaslı idman yarışları 1951-dən keçirilir. Ümumilikdə, Azərbaycanda 12-28 iyunda keçiriləcək ilk Avropa Oyunlarında 50 Avropa ölkəsindən 6 000-ə yaxın idmançı yarışacaq.

Oyunlarda ümumilikdə 20 idman növü üzrə yarışlar keçiriləcək. Bunlardan 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növündədir.

Yarışlarda Avropanın 50 ölkəsindən təxminən 6000 idmançı 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcək.

Avropa Oyunlarında 253 medal uğunda mübarizə aparılmaqla yanaşı, 12 idman növündə Rio Olimpiadasına vəsiqə qazanmaq da mümkün olacaq.

Bakı-2015-in məşəli aprelin 26-da Odlar Yurdu Azərbaycanın qədim və müqəddəs Atəşgah məbədində alovlandırılıb. Məşəlin alovlandırılması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər.

Məşəl ölkə boyunca 60-a qədər rayona səyahət edərək iyunun 7-də Bakıya gətirilib və iyunun 12-dək Bakının müxtəlif yerlərində məşəl estafeti baş tutub. Ümumilikdə açılış mərasiminədək məşəl təxminən 5500 km məsafəni qət edib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın