Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / “Azərbaycan tam qələbənin bir addımlığındadır” – Sergey Markov

“Azərbaycan tam qələbənin bir addımlığındadır” – Sergey Markov

Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, Azərbaycan Ordusu Şuşanı işğaldan azad edib. Bu, müharibənin əsas məqamıdır. Demək olar ki, ikinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

Bu barədə Rusiyanın ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov “Facebook” səhifəsində yazıb.

Rusiyalı politoloq bildirib: “Şuşa Dağlıq Qarabağın paytaxtı Xankəndi ilə Ermənistan ərazisi arasında yerləşir. İndi şimal yolu Xankəndidən olan qaçqınlarla doludur. Azərbaycan Ordusu qaçqınlara heç bir təcavüz göstərmir. İndi Ermənistanın müharibəni dayandırmaq şansı var. Əgər Paşinyan Ermənistanın bütün ordusunun, – bu ordu yaxın vaxtlarda Dağlıq Qarabağda mühasirəyə alınacaq, – Dağlıq Qarabağdan çıxarılması barədə əmr verərsə, o halda hərbi əməliyyatlar dayanar və sülh danışıqları başlanar. Əks halda, müharibə özlərinin baş nazirlərinə qorxaraq sadiq olan mühasirəyə düşmüş erməni qoşunlarının sonadək qırılmasına gətirib çıxara bilər. Qırğın heç kimə lazım deyil”.

Politoloqun vurğuladığı kimi, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ermənilər Azərbaycan ərazilərində sakit yaşaya bilərlər, orada onlara təhlükə yoxdur.

“Azərbaycan müasir çoxmillətli və çoxkonfessiyalı ölkədir ki, onun ideologiyası multikulturalizmdir və orada hazırda təqribən 30 min erməni yaşayır. Bütün xalqlar güclü dövlətin müdafiəsi altındadır. Dağlıq Qarabağ ermənilərinə, məsələn, İtaliyada Cənubi Tirolda və digər ölkələrdə olduğu kimi mədəni muxtariyyət təmin olunacaq. Onlar öz kilsələrində sakitcə dua edə biləcəklər”, – deyə politoloq qeyd edib.

Sergey Markov əmindir ki, Dağlıq Qarabağda müharibə hər halda tezliklə başa çatacaq: “Hamıya aydındır ki, Azərbaycan yaxın vaxtlarda Dağlıq Qarabağın bütün ərazisində öz suverenliyini tam bərpa edəcək. Prezident İlham Əliyev Dağlıq Qarabağın xilaskarı kimi Azərbaycan üçün milli qəhrəmana çevrilir. Azərbaycan tam qələbənin bir addımlığındadır”.

Həmçinin oxuyun

Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” – Video

“İşğal altında saxladıqları Azərbaycan ərazilərini tərk edən erməni separatçıları evləri yandırır, əmlakı məhv edir, ev …