Ana səhifə / Siyasət / Azərbaycan tam müqaviləli ordu sisteminə keçə bilərmi: Çağırışçılar nə qədər xidmət edəcək?

Azərbaycan tam müqaviləli ordu sisteminə keçə bilərmi: Çağırışçılar nə qədər xidmət edəcək?

“Peşəkar orduya keçid tam başa çatandan sonra həqiqi hərbi xidnətə çağırılan ali təhsili olanlar 6 ay, digərləri isə 1 il hərbi xidmət keçməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Ramil Məmmədli tədricən müqavilə əsaslı ordu quruculuğuna keçməklə bağlı deputat Siyavuş Novruzovun təklifini şərh edərkən deyib. 

Ekspert deyib ki, Azərbaycan Ordusu peşəkar orduya keçmək istiqamətində əsas mərhələləri artıq keçib: 

“Azərbaycan Ordusu peşəkar orduya keçməklə bağlı ilk addımı 1999-cu ildə atıb. Həmin ildə peşəkar əsasda Xüsusi Təyinatlı Qüvvələr yaradıldı. Ardınca mərhələli şəkildə Silahlı Qüvvələrin müxtəlif strukturlarında müddətdən artıq xidmət edənlər, yəni MAXE-lərin işə qəbulu bu istiqamətdə atılan növbəti addım oldu. 2013-2014-cü ildə proses daha kütləvi hal aldı. Mexanikləşdirilmiş hərbi birləşmələrin zirehli maşın komandirləri də peşəkar hərbi qulluqçulardan təşkil edildi. Növbəti dövrdə xüsusi təyinatlı qüvvələr formalaşdırıldı. Hərbi Dəniz Qüvvələrinn tərkibində dəniz piyadaları formalaşdırıldı. Ordumuz, nəhayət, 2016-cı və ardınca 2020-ci ildə peşəkar ordu birləşmələrinin döyüş qabiliyyətinin şahidi oldu. 2021-2022-ci illərdə də Silahlı Qüvvələrdə peşəkar şəxsi heyətin sayının artırılmasına başlanıldı”.

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan Ordusunun birinci əsgərindən tutmuş sonuncusuna qədər bütünlüklə peşəkar ordu sisteminə keçməsi mümkün deyil: 

“Azərbaycan Ordusu xalq ordusudur. 18 yaşına çatanlar ölkəmizdə hərbi xidmətə çağırılır. Sonra onların içərisindən könüllü seçilən hərbi qulluqçular peşəkar hərbi qulluqçu kimi xidmətə cəlb olunur. Azərbaycan ordu formatı Amerika, Fransada olduğu kimi legioner ordu formatı deyil. Növbəti mərhələdə də çağırışçıların sayı həmişəki kimi qalacaq. Eyni zamanda, növbəti mərhələdə peşəkar hərbi qulluqçuların sayı daha da artırılacaq. Hər bir azərbaycalı Orduda xidmət etməlidir”.

Ramil Məmmədli peşəkar ordunun qeyri-peşəkar ordudan fərqli məqamlarını da sadalayıb:

“Peşəkar ordu sistemi Qərbdə muzdlu və legioner formatlıdır. Azərbaycanda isə bu sistem başqa cür həyata keçirilir. Gənc hərbi xidmətə gedir, ordunu sevir və bundan sonra qalaraq müxtəlif kurslar keçməklə peşəkar səviyyədə hərbçi olur. Bunun qarşılığında onlar dövlət təminatı əldə edir, maaş alır”.

Qeyd edək ki, Milli Məclisin deputatı Siyavuş Novruzov 3 yeni hərbi kollecin yaradılması ilə bağlı Prezident fərmanının Ordumuzun tədricən müqavilə əsaslı ordu quruculuğuna keçməyə əsas verdiyini bildirib. 

Həmçinin oxuyun

Netanyahu İlham Əliyevi təbrik etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Prezident İlham Əliyevə təbrik məktubu göndərib.Məktubda deyilir:“Hörmətli cənab Prezident.Bu yaxınlarda …