Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Siyasət / “Azərbaycan tərəfi tezliklə Qırmızı Bazar – Şuşa yolundan istifadəni dayandıracaq”

“Azərbaycan tərəfi tezliklə Qırmızı Bazar – Şuşa yolundan istifadəni dayandıracaq”

“Azərbaycan tərəfi tezliklə Qırmızı Bazar – Şuşa yolundan istifadəni dayandıracaq”.

Bunu Qarabağdakı separatçı rejimin “dövlət naziri” kimi təqdim olunan Artak Beqlyaryan deyib. AzadlıqRadiosunun Erməni xidməti yazır ki, Beqlyaryan yolların təhlükəsizliyinin təmin olunması, işıqlandırma və nəzarətin gücləndirilməsi üçün əlavə tədbirlərin görüldüyünü deyib:

“Əlbəttə hazırda təhlükəsizliyi Rusiya sülhməramlıları təmin edirlər və bütünlükdə təhlükəsizlik təmin olunub. Əlbəttə kiçik insidentlər olub və bunların bəzisinə reaksiya verilib və tədbir görülüb. Bizim silahlı qüvvələrimiz habelə önləyici işlər həyata keçirirlər. Bu işlər barədə çoxları bilmir və təsəvvür də etmir ki, bu halların qarşısı alınmasa nə baş verə bilərdi.

Tezliklə, bir neçə aydan sonra Azərbaycan tərəfi Qırmızı Bazar – Şuşa yolundan istifadəni tamamilə dayandıracaq. Bu istiqamətdə, bu yolların təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, işıqlandırma və əlavə nəzartin gücləndirilməsi üçün əlavə işlər görülür”.

Sayt yazır ki, Qırmızı Bazar – Şuşa yolunda mütəmadi olaraq insidentlər qeydə alınır. Hazırda azərbaycanlılar Qırmızı Bazardan Şuşaya Rusiya sülhməramlılarının müşayiəti ilə gedib-gəlirlər. Azatutyun iddia edir ki, yol erməni tərəfinin nəzarətindədir.

Son vaxtlara qədər separatçı rejimin “ombudsmanı” kimi təqdim olunan Artak Beqlyaryan əvvəllər də Azərbaycan barədə sərt bəyanat və ittihamlar səsləndirib.

Həmçinin oxuyun

Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskinin hədələrinə niyə reaksiya vermədi?

“Qorxu, xof səbəbindən, bir tikə çörək dalınca qaçmaları, qurduqları bizneslərinin dağılmaması və hədəfə tuş gəlməmək …