Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / “Azərbaycan tərəfi bu suala cavab verməyənə qədər biz də cavab verməyəcəyik”

“Azərbaycan tərəfi bu suala cavab verməyənə qədər biz də cavab verməyəcəyik”

Ermənistanın baş naziri Nikl Paşinyan Almaniyaya səfəri zamanı Kölndə erməni icmasının nümayəndələri qarşısında çıxış edərkən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində erməni tərəfinin hansı mümkün kompromislərə gedə biləcəyinə toxunub. Paşinyan bu suala dəfələrlə parlamentin tribunasından cavab verdiyini deyib.

“Mən bir neçə dəfə çıxış etmişəm və demişəm ki, nəyə görə biz erməni tərəfinin kompromislərə hazır olub-olmadığı haqda soruşuruq? Nəyə görə heç kim Azərbaycandan soruşmur ki, onlar kompromislərə hazırdırmı? Ona görə də mən dəfələrlə demişəm ki, Azərbaycan tərəfi bu suala cavab verməyənə qədər biz də cavab verməyəcəyik”-Paşinyan deyib.

Ermənistan  baş naziri onu da deyib ki, KİV-lərdə və sosial şəbəkəərdə guya erməni tərəfinə Qarabağ məsələsində təzyiq edildiyi haqda informasiyalar meydana çıxır. “Bir dəfə mən Zöhrab Mnatsakanyanı yanıma çağırdım və soruşdum ki, ola bilsin bizə təzyiq edirlər, amma xəbərimiz olmur? Çünki elə təəsürat yaranır ki, biz Qarabağ məsələsi ilə bağlı Ermənistanda ən az məlumatlı olan adamlarıq”-o bildirib. Virtualaz.org

Həmçinin oxuyun

Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” – Video

“İşğal altında saxladıqları Azərbaycan ərazilərini tərk edən erməni separatçıları evləri yandırır, əmlakı məhv edir, ev …