Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Azərbaycan sülhə hərbi yolla da nail ola bilər” – Pənah Hüseyn

“Azərbaycan sülhə hərbi yolla da nail ola bilər” – Pənah Hüseyn

“ABŞ-ın regionda konflikti nizamlamaqda israrının əsas səbəbi Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyidir”.

Bunu Bakupost.az -a açıqlamasında sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Vaşinqtonda keçirilən sülh danışıqları, eləcə də ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalaması istiqamətində səylərini şərh edərəkən bildirib.
Pəhan Hüseynin sözlərinə görə, Vaşinqton sülh platforması Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, suverenliyimizin bərqərar olması, bölgədə erməni terrorizminin aradan qaldırılması ilə nəticələnirsə təbii ki,maraqlarımıza uyğundur:

“Məqsədindən və məsələnin hansı nəticə ilə yekunlaşmasından asılı olmayaraq, Azərbaycan müxtəlif formatlarda normallaşma ilə bağlı diplomatik fəaliyyəti davam etdirməlidir. Hazırda bu proses 3 əsas platformada – Vaşinqton, Avropa Birliyi müstəvisində və Moskvada aparılır. Bu, bizim maraq və mənafelərimizə cavab verir. ABŞ rəsmən elan edib ki, Cənubi Qafqazda stabilliyin olması onun maraqlarına uyğundur. Aydın məsələdir ki, burda geopolitik savaş gedir. Rusiyanın Cənubi Qafqazdan çıxarılması Qərbin, birinci növbədə isə ABŞ-ın əsas hədəflərindən biridir. Cənubi Qafqazda Rusiyanın mövcud olmasının əsas mexanizmlərindən biri Ermənistan-Azərbaycan münaqişəsidir. Ona görə də ABŞ bu münaqişəni nizamlanmağa çalışır. Rusiya isə Qərbin regiona daxil olmasını özmaraqlarına zidd hesab edir. Bunu müxtəlif şəkildə ifadə edirlər. Amma hər halda bizim də öz maraq və mənafelərimiz var. Rusiya hələ də köhnə imperialist düşüncələrlə Cənubi Qafqazı özünü müstəmləkəsi hesab edir. Təbii ki, biz buna razı ola bilmərək. Ermənistan isə anlamalıdır ki, hadisələr təkcə diplomatik cəbhədə cərəyan eləmir. Bunun həm də hərbi istiqaməti var. Odur ki, Ermənistan razı olmursa, Azərbaycan öz haqq və hüquqlarının bərpasını hərbi yolla da həll edə bilər. Bu istiqamətdə bizim silahlı qüvvələrlə ciddi iş aparılır”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …