Ana səhifə / Siyasət / Azərbaycan Sosialist Partiyası sərt qərar verdi

Azərbaycan Sosialist Partiyası sərt qərar verdi


Azərbaycan Sosialist Partiyası olaraq, Ukraynaya qarşı Rusiya təcavüzünü dəstəkləyən Azərbaycanın digər sol yönümlü partiyaları ilə hər hansı bir əməkdaşlığımızı dayandırır və onların hərəkətlərini pisləyirik.
Ukrayna dövlətinə qarşı təcavüzə dəstək verən, qətliamlara göz yuman, Rusiya dövlətinin törətdiyi faciələrə, vəhşiliklərə haqq qazandırmağa çalışan və bununla da təcavüzkarın yanında olduğunu açıqdan açığa bəyan edən qüvvələrlə bizim yollarımız heç zaman bir ola bilməz.
Ukrayna xalqına öz haqlı mübarizəsində qətiyyət və düşmən üzərində qələbə arzulayırıq.
Yaşasın Ukrayna! İgidlərə eşq olsun!

Həmçinin oxuyun

Parlamentin 8 spikeri – hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq …