Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Azərbaycan şirkətinin Ukraynadan 10 hərbi yük təyyarəsi alması sual altında

Azərbaycan şirkətinin Ukraynadan 10 hərbi yük təyyarəsi alması sual altında

Ukraynanın “Antonov” aviakonserni bu il ərzində bir dənə də olsun təyyarə buraxa bilməyəcək.
Virtualaz.org xəbər verir ki, bunun səbəbi konserninin Rusiya ilə kooperasiyasının pozulmasıdır. Şirkətin nümayəndəsi Andrey Xaustov bu haqda “Vesti” radiosunun efirində bildirib.
“Rusiya ilə “Antonov” təyyarələrinə dair kooperasiyanın yoxluğu bizim konsernin işini yüngülləşdirmədi”-Xrustov kədərlə qeyd edib. Onun sözlərinə görə, hazırda şirkət yığımı yarımçıq qalmış təyyarələr üçün komplektləşdiriciləri başqa ölkələrdən almağa çalışır. “Rossiyskaya qazeta” isə qeyd edir ki, bu bəyanat artıq aviadaşımaların təhlükəsizliyi üzrə ekspertləri narahat edib. Çünki başqa ölkələrdən alınan komplektləşdiricilər təyyarələrin təhlükəsizliyinə mənfi təsir edə bilər.
Qəzet qeyd edir ki, Ukrayna konserninin istehsal etdiyi An-178 hərbi-nəqliyyat təyyarələrində hissələrin 30 faizi Rusiyadan alınırdı. İndi Xaustovun bəyanatı “Antonov” konserninin Azərbaycana yaxın iki ildə 10 ədəd An-178 təyyarəsinin çatdırılmasını şübhə altına alır.
Xatırladaq ki, Azərbaycanın “Silkway Airlines” aviaşirkəti Ukraynadan 10 belə təyyarə sifariş verib. Şirkət təyyarələri mülki aviadaşımalar üçün istifadə etməyi nəzərdə tutur.
Bu yaxınlarda “Antonov” konserni bəyan etmişdi ki, Azərbaycan tərəfi təyyarələrin yığılması üçün bəribaşdan avans  ödəyib və sifariş 2017-ci ilin sonuna qədər yerinə yetiriləcək. Lakin Rusiya baş nazirinin müavini, hərbi sənayeni kurasiya edən Dmitri Roqozin Ukraynanın bu sifarişi yerinə yetirməsini şübhə altına alaraq “Antonov” konserninə istehza etmişdi.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın