Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / Azərbaycan silahları Fransada nümayiş etdiriləcək

Azərbaycan silahları Fransada nümayiş etdiriləcək

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar iyunun 11-dən 15-dək Fransanın Paris şəhərində keçiriləcək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində – “EUROSATORY-2018”də nümayiş etdiriləcək.

Nazirlikdən verilən məlumata görə, bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Fransada səfərdə olacaq. Beş gün davam edəcək sərgidə ziyarətçilərə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 270 adda məmulat təqdim ediləcək.

“EUROSATORY-2018” sərgisində dünyanın 63 ölkəsindən 1700-dən artıq şirkətin iştirakı gözlənilir. Səfər zamanı nazir Yavər Camalovun hərbi-texniki əməkdaşlıq çərçivəsində görüşləri də nəzərdə tutulur.

Həmçinin oxuyun

İranla qucaqlaşan İrəvan indi Tehrana güllə atır – ŞƏRH

Ermənistan, deyəsən, havalanıb. Düşmənin silahlı qüvvələri başını o dərəcədə itirib ki, dünənə qədər can-ciyər dediyi, …