Cümə , Dekabr 9 2022
Ana səhifə / Siyasət / Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşüb – Üçtərəfli bəyanatla bağlı nələr razılaşdırılıb? (Yenilənib)

Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşüb – Üçtərəfli bəyanatla bağlı nələr razılaşdırılıb? (Yenilənib)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov və ermənistanlı həmkarı Aratat Mirzoyanla nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazirlər üçtərəfli bəyanatların bütün müddəalarına əməl etməyə, onun şərtlərinin Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrup vasitəsilə həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Görüşdə həmçinin Rusiyanın iştirakı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın işi və ölkələr arasında sülh müqaviləsi kontekstində aparılan danışıqlar prosesi müzakirə olunub.

Tərəflər yaxın gələcəkdə müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

***

Qazaxıstanın paytaxtı Astanada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.

Azinforum.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşü açaraq Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatın müddəalarının icrasını nəzərdən keçirməyi təklif edib: “Bu gün bu mövzu ətrafında danışmaq və liderlərimizə imzaladıqları bəyanatların icrası ilə bağlı nə hesabat verməyimiz üçün çox əlverişli fürsətdir”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, biz öz tərəfimizdən münaqişədən sonrakı nizamlama prosesində xarici işlər nazirlərinin birbaşa məsuliyyət daşıdığı məsələyə – sülh müqaviləsi məsələsinə xüsusi diqqət yetirəcəyik. 

img

Həmçinin oxuyun

“Müdrik qardaşım Patriarx Kirillə Azərbaycan xalqı adından minnətdarlığımı ifadə edirəm” – QMİ sədri

30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, …