Şənbə , May 21 2022
Ana səhifə / Siyasət / “Azərbaycan Rusiya qüvvələrinin Qarabağdan çıxarılmasını tələb etsin” – Polkovnik

“Azərbaycan Rusiya qüvvələrinin Qarabağdan çıxarılmasını tələb etsin” – Polkovnik

Rusiyanın Ukrayna dövlətinə və xalqına qarşı apardığı təcavüzkar müharibə sivil dünyanı ayağa qaldırıb. Dünyanın gözü qarşısında müstəqil, suveren ölkə rus tanklarının tırtılları altında can var, milyonlarla insan avantüranın qurbanına çevrilib. Artıq yüzlərlə dinc insanın ağır bombardman altında həyatını itirdiyi məlumdur.

Bu hərbi cinayəti törədən Rusiya Federasiyası həm də Qarabağda sülhməramlı missiya həyata keçirir. 44 günlük müharibənin Azərbaycanın tam və qəti qələbəsi ilə bağa çatmasına imkan verməyən Putin hakimiyyəti bu hərbi qüvvələrdən zaman-zaman təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edir. Rəsmi Bakının təkidlərinə baxmayaraq, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir neçə maddəsi isə icra olunmamış qalır.

Azərbaycan cəmiyyəti birmənalı şəkildə Ukrayna xalqına dəstək verir, rus işğalını kəskin qınayır, humanitar yardım göndərir. 

Bəs, Qarabağdakı “sülhməramlıların” çıxarılması da gündəmə gələ bilərmi?

Müdafiə nazirinin keçmiş müavini, ehtiyyatda olan polkovnik Mehman Səlimov “AzPolitika.info”-ya şərhində bildirib ki, Rusiyanın Ukraynda törətdiyi hərbi cinayətlər Azərbaycan cəmiyyəti tərəfindən kəskin qınanır: “Rusiya beynəlxalq hüquq normalarını kobud şəkildə pozub və suveren ölkəni işğal etməyə cəhd edir, bu zaman dinc insanları qətlə yetirir. Qərb bu təcavüzü önləməyə çalışır və təcavüzkara qarşı sanksiyalar tətbiq edir. Hesab edirəm ki, Ukrayna dövlətinə və xalqına qarşı müharibə aparan Rusiyanın sülhdən, sülhməramlı fəaliyyətdən danışmağa haqqı yoxdur. Ona görə Qarabağdakı sülhməramlı kontingentin çıxarılması da bizim cəmiyyətin tələbinə çevrilməlidir”.

M.Səlimov qeyd edir ki, bu tələbi səsləndirmək üçün Azərbaycanın əlində kifayət qədər əsaslar var: “Təkcə 10 noyabr bəyanatının il yarımdır tam icra olunmamasını göstərmək olar ki, Azərbaycan Rusiya qüvvələrinin Qarabağdan çıxarılmasını tələb etsin. Hesab edirəm ki, bu məsələ cəmiyyət tərəfindən aktiv şəkildə gündəmə gətirilməlidir”.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Yaxşı olardı ki, Elmira Axundova bu yanlışı düzəltsin və təkzib versin”

Keçmiş deputat, Ukraynadakı səfirimiz Elmira Axundova bütün fəaliyyəti boyunca ulu öndər Heydər Əliyevə sadiq olduğunu …