Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / Azərbaycan Rusiya ilə yeni hərbi sazişlər üzrə danışıqlar aparır

Azərbaycan Rusiya ilə yeni hərbi sazişlər üzrə danışıqlar aparır

“Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq. Bu istiqamətdə heç bir məhdudiyyət görmürük”.

Bunu “RİA Novosti”yə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

“Bu, daim diqqət mərkəzimizdə olan prosesdir. Hazırda danışıqlar davam edir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır”, – deyə prezident vurğulayıb.

Dövlət başçısı bu istiqamətdə Rusiya ilə əməkdaşlığı məhsuldar adlandırıb.

Prezident, həmçinin qeyd edib ki, Azərbaycanın Rusiya ilə imzaladığı sazişlərin əksəriyyəti icra olunub: “Artıq silahların alındığını deyən İlham Əliyev əməkdaşlıq üzrə gələcək planlar üzərində işin davam etdiriləcəyini bildirib. “Azərbaycanda və Rusiyada heç bir məhdudiyyət yoxdur”. (APA)

Həmçinin oxuyun

Ceyhun BayramovunTürkmənistana səfəri başladı

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti …