Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycan Riqa sammitinin Bəyannaməsini xüsusi şərtlə imzalayıb

Azərbaycan Riqa sammitinin Bəyannaməsini xüsusi şərtlə imzalayıb

Azərbaycan Riqa sammitinin Bəyannaməsini xüsusi şərtlə imzalayıb
Novruz Məmmədov: “Təkliflərimiz nəzərə alınmasa, Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı mövqeyimizi bildirəcəyik”

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov “Şərq tərəfdaşlığı sammitinin yekun Bəyannaməsinin müəyyən müddəalarını nə üçün blok etmək istədiklərinə aydınlıq gətirib.

O, APA-ya açıqlamasında bildirib ki, Azərbaycan tərəfinin forumun yekun Bəyannaməsinə ciddi iradları olub: “Biz Bəyannamənin ruhunu Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının xarakterinə uyğun saymırıq. Azərbaycan postsovet məkanında Avropa İttifaqı ilə uğurlu, hərtərəfli əməkdaşlıq edən dövlətdir. Amma Bəyannamədə Azərbaycanla bağlı müddəalar o ruha cavab vermir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yanaşmadan narazıyıq. Bütün bunları biz açıq şəkildə Avropa İttifaqı rəhbərliyinə, burada iştirak edən bütün dövlətlərin nümayəndə heyətlərinə çatdırdıq.

Bununla bağlı çox böyük gərginlik yarandı. Biz ümumilikdə Bəyannaməyə razılıq veririk, amma xüsusi mövqeyimizi bildirməklə… Xüsusi mövqeyimizi isə rəsmi surətdə yazıb göndərəcəyik. Biz Avropa İttifaqı ilə sıx enerji, siyasi islahatlar, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq edirik, ikinci belə dövlət yoxdur. Amma bizi başqa dövlətlərlə eyniləşdirmək lazım deyil.

Azərbaycan prezidenti də dəfələrlə deyib ki, Avropa İttifaqı ilə münasibətlərimiz xüsusi xarakter daşımalı, aramızda strateji tərəfdaşlıq olmalıdır. Biz münasibətlərimizi bu istiqamətdə qurmaq istəyirik.

Bu dəfə də təklifimiz və tələbimiz bu idi ki, Avropa İttifaqı ilə münasibətlərimizi başqaları ilə eyni çərçivədə yox, ayrıca – strateji tərəfdaşlıq sənədi ilə quraq. Danışıqlar da bu istiqamətdə gedirdi. Təkliflərimiz Avropa İttifaqı tərəfindən nəzərə alınmasa, gələcəkdə bu əməkdaşlıq, bu əməkdaşlığın xarakteri ilə bağlı mövqeyimizi bildirəcəyik”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın